Siyasət

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)

13 Oktyabr 2026 10:48
Baxış: 357

Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verdi.

Laos Xalq Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Sonda dövlət başçıları rəsmi foto çəkdirdilər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.