İdman

Vlahoviç “Beşiktaş”da rekorda imza atdı

13 Oktyabr 2026 09:30
Baxış: 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Beşiktaş"ın serbiyalı hücumçusu Duşan Vlahoviç ardıcıl dörd oyunda qol vurmaqla klub tarixində XXI əsrin rekorduna imza atıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu Türkiyə Superliqasının "Kocaelispor"la matçında da rəqib qapısına yol tapıb. O, qarşılaşmanın 31-ci dəqiqəsində penaltidən dəqiq zərbə endirərək komandasının qollarından birinə imza atıb.

Gərgin mübarizə şəraitində keçən görüş "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İstanbul klubu bu nəticə sayəsində turnir cədvəlində ikinci sıraya yüksəlib.

Xatırladaq ki, Duşan Vlahoviç son dörd mövsümdə İtaliyanın "Yuventus" klubunun formasını geyinib. Turin təmsilçisi vaxtilə serbiyalı futbolçunun transferi üçün 70 milyon avrodan artıq məbləğ ödəyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.