İdman

"Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı

13 Oktyabr 2026 00:35
Baxış: 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Asiya Çempionlar Liqasında portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldonun da çıxış etdiyi "Əl-Nəsr" və Özbəkistanın "Neftçi" (Fərqanə) komandaları arasındakı matç raket hücumu təhlükəsi səbəbindən təxirə salınıb.

Milli.Az xəbər verir ki, bu barədə "Pervıy sport" teleqram kanalı məlumat yayıb.

Oyunun keçirilməli olduğu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təcili raket həyəcanı elan edilib. Məlumata görə, həyəcan siqnalına Yəmən ərazisindən Ər-Riyad istiqamətində üç ballistik raketin buraxılması səbəb olub. Stadiondakı diktorlar azarkeşlərdən sakitliyi qorumağı və təhlükəsizlik qaydalarına əməl etməyi xahiş ediblər.

Qeyd edək ki, son bir neçə gündə Səudiyyə Ərəbistanı Yəmən husilərinin intensiv raket və dron atəşinə məruz qalır. Oktyabrın 10-da Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanının terminalına endirilən zərbə nəticəsində 13 nəfər həyatını itirmişdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.