BDYPİ-dən sürücülərə dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri dəmir yolu keçidlərində diqqətli olmağa çağırıb.
Milli.Az xəbər verir ki, idarənin açıqlamasında Salyan-Salmanlı dəmir yolu sahəsində qorunmayan keçiddə baş verən qəzaya diqqət çəkilib.
Məlumata görə, "Mercedes" markalı avtomobilin sürücüsü dəmir yolu xəttinin üzərində məcburi dayandığı üçün hərəkətdə olan qatarla toqquşma baş verib. Sürücü son anda avtomobili tərk edə bilib. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobilə və dəmir yolu təsərrüfatına ciddi ziyan dəyib.
BDYPİ-nin təhlillərinə əsasən, bu cür qəzaların baş verməsinin əsas səbəblərindən biri sürücülərin məsuliyyətsiz davranışlarıdır. Yaxınlaşan qatarı görmələrinə baxmayaraq, bəzi sürücülərin yol nişanlarının və digər nizamlayıcı vasitələrin tələblərinə məhəl qoymadan dəmir yolu keçidinə daxil olmaları qəza riskini artırır.
İdarə sürücülərə xatırladıb ki, dəmir yolu keçidlərinə yaxınlaşarkən yol nişanlarına, svetoforlara, nişanlama xətlərinə, şlaqbaumun vəziyyətinə və keçid növbətçisinin göstərişlərinə əməl edilməlidir.
Həmçinin sürücülər keçidə daxil olmazdan əvvəl yaxınlaşan qatarın, lokomotivin və ya drezinanın olmadığından əmin olmalıdırlar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırır – Cavanşir Axundov “Tofiq Abbasovla dialoq” verilişində - (Video/Foto)
-
Pensiyalar bu tarixdə ödəniləcək - Rəsmi
-
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
-
Motosiklet və skuter idarə edənlərə xəbərdarlıq - (Video)
-
Heydər Əliyev Mərkəzində "44"ün premyerası keçirilib – göz yaşları, qürur və sonsuz - (Video)
-
BDYPİ-dən sürücülərə dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq
XƏBƏR LENTİ
-
Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırır – Cavanşir Axundov “Tofiq Abbasovla dialoq” verilişində - (Video/Foto)
-
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Sılanın 101 yaşlı nənəsi konsertinə gəldi - (Video)
-
“Roşka” ilə bağlı məhkəmədən qərar
-
Pensiyalar bu tarixdə ödəniləcək - Rəsmi
-
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
-
Kambocadan nə alırıq?
-
Motosiklet və skuter idarə edənlərə xəbərdarlıq - (Video)
-
Maykl Cordanın forması rekord qiymətə satıldı - (Video)
-
Bakıda oğul anasını bıçaqladı
-
Heydər Əliyev Mərkəzində "44"ün premyerası keçirilib – göz yaşları, qürur və sonsuz - (Video)
-
"Sabah" "Slaviya Praqa"ya qarşı
-
BDYPİ-dən sürücülərə dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq
-
Azərbaycan nefti büdcə qiymətini iki dəfə üstələdi
-
Çempionlar Liqasında bu gün 9 oyun keçiriləcək
-
Vlahoviç “Beşiktaş”da rekorda imza atdı
-
Bakı metrosuna 302 milyon dollar kredit ayrıldı
-
“44”ün qəhrəmanları - (Video)
-
Aeroport şosesində qəza: “Koroğlu” istiqamətində sıxlıq yarandı - (Video)
-
Qabyuyan vasitələr sağlamlığınıza zərər verə bilər
-
Bibər qızardarkən ən vacib nüans - nə yanır, nə də partlayır
-
53 dollarlıq gəlinlik və 3 dəfə rədd edilən təklif: Hillari və Bill Klintonun gözlənilməz toyu - (Foto)
-
Qapağa paltar sancağı taxmağa başladılar - mətbəx hiyləsi
-
65 soyuducu qədər "işıq pulu" yazan cihaz açıqlandı





