Cəmiyyət

Motosiklet və skuter idarə edənlərə xəbərdarlıq - (Video)

13 Oktyabr 2026 10:26
Baxış: 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet və skuter idarə edənlərə xəbərdarlıq edib.

NİİM-dən Milli.Az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir:

"İki təkərli nəqliyyat vasitələrini idarə etmək heç kimə qaydaları pozmaq, başqalarının həyatını təhlükəyə atmaq və məsuliyyətdən yayınmaq hüququ vermir!

Təəssüf ki, paytaxt yollarında, motosiklet və skuter idarə edən bəzi sürücülər elə düşünürlər ki, onlar qaydaları pozmaqla əməllərinə məsuliyyət daşımırlar. Ona görə də belə sürücülər svetoforun qırmızı işığında keçir və yollarda təhlükəli manevrlər edirlər. Görünür, bu şəxslər törətdikləri qayda pozuntularının hansı ağır nəticələrə səbəb ola biləcəyini nəzərə almırlar.

Bu cür davranışa yol verən sürücülərə müşahidə kameraları tərəfindən qeydə alınmış iki yol-nəqliyyat hadisəsini diqqətlə izləməyi tövsiyə edirik. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq, iki təkərli nəqliyyat vasitələrini idarə edən şəxsləri qeydə alınan qəzalardan nəticə çıxarmağa və yollarda qaydalara əməl etməyə çağırırıq".

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.