Mənzil almaq getdikcə çətinləşir: İpoteka bazarında nələr baş verir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlərdə mənzil qiymətlərinin sürətlə yüksəlməsinə baxmayaraq, yaşayış sahələrinə olan tələbat azalmır. Əksinə, daşınmaz əmlak həm yaşayış ehtiyacını qarşılamaq, həm də gəlir əldə etmək məqsədilə investisiya yatırımı etmək istəyənlər üçün cəlbediciliyini qoruyur.
Milli.Az xəbər verir ki, mənzil bazarında aktivliyin artması ipoteka kreditləşməsində də özünü göstərir. Belə ki, bankların ipoteka kreditləri portfeli böyüyərək sentyabrın əvvəlinə 4 milyard 740 milyon manata çatıb. Eyni zamanda, İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil mexanizminə müraciətlərin çoxluğu səbəbindən yeni müraciətlərin qəbulunu müvəqqəti olaraq dayandırıb.
Bəs mənzilə tələbatın yüksəlməsi və kreditləşmənin genişlənməsi daşınmaz əmlak bazarı üçün hansı təhlükələri yarada bilər?
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, ipoteka kreditlərinin həcminin artması mənzil bazarında alıcı fəallığını gücləndirir. Lakin tələbatın yüksəlməsi mövcud mənzil təklifi ilə dəstəklənmədikdə qiymətlərə əlavə təzyiq yaranır və mənzillər daha da bahalaşır.
Ekspert qeyd edib ki, beynəlxalq təcrübədə bu cür proseslərin mənzil bazarında ciddi problemlərə, hətta böhranlara gətirib çıxardığı hallar mövcuddur. Belə vəziyyətlər bank və maliyyə sisteminə də mənfi təsir göstərə bilər. Xüsusilə ipoteka borclarının artması və kreditlərin geri qaytarılmasında çətinliklərin yaranması problemli kreditlərin çoxalmasına, nəticədə isə daha genişmiqyaslı iqtisadi risklərin meydana çıxmasına səbəb ola bilər.
Eyyub Kərimli mümkün təhlükələrin azaldılması üçün ipoteka kreditləşməsinə nəzarətin gücləndirilməsini və iqtisadi sinif mənzillərin inşasının genişləndirilməsini vacib hesab edir.
İqtisadçının fikrinə görə, münasib qiymətə mənzil təklifinin artırılması və kredit bazarının düzgün tənzimlənməsi daşınmaz əmlak bazarında tələb və təklif arasındakı tarazlığın bərpasına, qiymət artımının qarşısının alınmasına kömək edə bilər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pelin Karahan ilk dəfə boşanma səbəbini açıqladı - (Foto)
-
Sabah bəzi ərazilər işıqsız qalacaq - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Kamboca Krallığının Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb - (Video)
-
Mənzil almaq getdikcə çətinləşir: İpoteka bazarında nələr baş verir?
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
-
Sosial şəbəkələrin gizli tələsi
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
-
Heyli Biber hamilədir? - (Foto)
-
Sabunçuda 7-ci sinif şagirdi özünü məktəb binasından atdı - Yenilənib
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
"Kişi qadından ancaq namus üstə boşanar" - Hüseyn Məhəmmədoğlu
-
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
-
Sabah Nizami rayonunda qaz kəsiləcək
-
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
-
Səbaildə 2 gün su olmayacaq - Xəbərdarlıq
-
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
Vüsal Nəsirli federasiya prezidenti oldu
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı





