İdman

"Real Madrid" əfsanəsi kluba rəqib oldu

12 Oktyabr 2026 22:40
Baxış: 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real Madrid"in canlı əfsanəsi kluba rəqib olur.

Milli.Az xəbər verir ki, klubun əfsanəvi sağ cinah müdafiəçisi və kapitanlarından biri olan Dani Karvahal "Xetafe" futbol klubuna keçməyə çox yaxındır.

Tərəflər transferin rəsmiləşdirilməsi üçün lazım olan bütün sənədləri mübadilə etmək mərhələsindədir.

Təcrübəli müdafiəçi karyerasını Madrid ətrafında davam etdirməyə üstünlük verərək "Xetafe"nin təklifini qəbul edib.

Çempionlar Liqasının çoxqat qalibi olan Karvahalın gəlişi "Xetafe"nin müdafiə xəttinə və soyunub-geyinmə otağına böyük liderlik və təcrübə qazandıracaq. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.