Şou-biznes

Heyli Biber hamilədir? - (Foto)

12 Oktyabr 2026 21:34
Baxış: 353
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb.

Milli.Az xəbər verir ki, paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsinin əvvəlkindən daha yumru görünməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Modelin dar top, həcmli kardiqan və aşağı bel şortikdə görüntülənməsi izləyicilərin diqqətini çəkib. Bəzi istifadəçilər fotoların ailəyə yeni üzvün gələcəyinə işarə etdiyini düşünsələr də, bu barədə rəsmi məlumat yoxdur.

Heyli özü hamiləlik iddialarına münasibət bildirməyib, nümayəndələri isə açıqlama verməkdən çəkiniblər.

Qeyd edək ki, Heyli və Castin Biberin 2024-cü ildə Cek Bleyz Biber adlı oğlu dünyaya gəlib. Cütlük ailə həyatının təfərrüatlarını ictimaiyyətlə nadir hallarda bölüşür. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.