İdman

"Real" Kurtua ilə müqaviləni uzadır

12 Oktyabr 2026 22:21
Baxış: 330
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İspaniyanın"Real" (Madrid) klubu qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətinin uzadılması barədə razılığa gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq. 34 yaşlı belçikalı qolkiperin hazırkı sözləşməsi isə 2027-ci ilin yayında başa çatır.

Kurtua 2018-ci ilin yayından "Real"ın formasını geyinir. O, Madrid klubu ilə birlikdə ümumilikdə 14 titul qazanıb. Qapıçı bu müddət ərzində iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, Kurtua 2026/2027 mövsümündə bütün turnirlərdə səkkiz oyunda iştirak edib və qapısından 9 qol buraxıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.