Sosial şəbəkələrin gizli tələsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə saatlarla vaxt keçirən insanların sayı artır. Mütəxəssislər bildirirlər ki, gündəmdən geri qalmaq qorxusu insanları sosial mediadan asılı vəziyyətə sala, depressiya, narahatlıq və stressə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, sosial media platformaları istifadəçilərin daha çox vaxt keçirməsi üçün müxtəlif üsullardan istifadə edir. Bildirişlər və sonsuz sürüşdürmə funksiyası insanları davamlı olaraq yeni paylaşımlara baxmağa təşviq edir.
Əvvəllər insanlar internetdən istifadə etmək üçün internet kafelərinə gedir, oradan ayrıldıqdan sonra isə virtual dünyadan uzaqlaşırdılar. Sonralar evlərdə kompüter və internetin yayılması sosial şəbəkələrdən istifadəni asanlaşdırdı. "Facebook", "Instagram" və "X" kimi platformalar isə zamanla gündəlik həyatın bir hissəsinə çevrildi.
Bu gün sosial mediada insanlar yalnız fikirlərini bölüşmür, həm də getdikləri yerləri, yedikləri yeməkləri, aldıqları əşyaları və gündəlik həyatlarının müxtəlif anlarını paylaşırlar. Başqalarının paylaşımlarını qaçırmaq istəməmək isə bu vərdişi daha da gücləndirir.
Lids Universitetinin Media və Kommunikasiya fakültəsinin müəllimi Ludmila Lupinacci bildirib ki, sosial media platformaları insanların daha çox vaxt keçirməsi və daha çox qarşılıqlı əlaqədə olması üçün hazırlanır. Məsələn, bildirişlər istifadəçiləri yenidən platformaya qaytarır, sonsuz sürüşdürmə funksiyası isə onların yeni məzmunlara baxmağa davam etməsinə şərait yaradır.
Onun sözlərinə görə, insanlar sosial şəbəkələrdə paylaşım etməzdən əvvəl özlərinin başqalarına necə görünəcəyini düşünür və virtual obrazlarını formalaşdırırlar. Bəzi istifadəçilər isə gündəmdə olan mövzulara qoşularaq paylaşımlarının daha çox insana çatmasına çalışırlar.
Mütəxəssis həmçinin qeyd edib ki, sosial media platformalarının alqoritmləri mübahisə yaradan və güclü emosiyalar doğuran paylaşımları daha çox insana göstərə bilər.
ABŞ-nin Toledo Universitetinin psixologiya professoru Con D.Elhai və həmkarlarının araşdırmasında problemli sosial media istifadəsinin depressiya, narahatlıq və stresslə əlaqəli olduğu bildirilib.
Araşdırmada gündəmdən geri qalmaq qorxusu diqqətə çatdırılıb. Bu anlayış insanın özü iştirak etmədiyi halda başqalarının maraqlı və xoş təcrübələr yaşadığını düşünərək narahat olması, başqalarının nə etdiyini daim izləmək istəyi kimi izah edilir.
Tədqiqatçılar müəyyən ediblər ki, bu qorxusu yüksək olan insanlar narahatlıqlarını azaltmaq üçün daha çox smartfon və sosial mediaya üz tuturlar. 18-25 yaşlı universitet tələbələrinin iştirak etdiyi araşdırmada gündəmdən geri qalmamaq istəyinin problemli sosial media istifadəsinə təsir etdiyi vurğulanıb.
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
-
Sabah bəzi ərazilər işıqsız qalacaq - Yenilənib
-
Sosial şəbəkələrin gizli tələsi
-
Səbaildə 2 gün su olmayacaq - Xəbərdarlıq
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Vahid məktəbli forması ətrafında yaradılan süni ajiotaj - (Video)
XƏBƏR LENTİ
-
Sabah bəzi ərazilər işıqsız qalacaq - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Kamboca Krallığının Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb - (Video)
-
Mənzil almaq getdikcə çətinləşir: İpoteka bazarında nələr baş verir?
-
"Real Madrid" əfsanəsi kluba rəqib oldu
-
"Real" Kurtua ilə müqaviləni uzadır
-
Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
-
Sosial şəbəkələrin gizli tələsi
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
-
Heyli Biber hamilədir? - (Foto)
-
Sabunçuda psixotrop maddə qəbul edən şagird özünü məktəb binasından atdı - Yenilənib
-
Kriştianu Ronaldu: "Messiyə tərcüməçilik edirdim"
-
"Kişi qadından ancaq namus üstə boşanar" - Hüseyn Məhəmmədoğlu
-
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
-
Sabah Nizami rayonunda qaz kəsiləcək
-
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
-
Səbaildə 2 gün su olmayacaq - Xəbərdarlıq
-
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
Vüsal Nəsirli federasiya prezidenti oldu
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır





