"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında qeyd edilib.
Bildirilib ki, bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviyə çəkilməsi və süni ictimai gərginlik predmetinə çevrilməsi istiqamətində cəhdlər müşahidə olunur:
"Xüsusilə sosial media platformalarında koordinasiyalı şəkildə həyata keçirilən fəaliyyət bu narahatlığı daha da artırır. Ayrı-ayrı hesablar vasitəsilə eyni məzmunlu və ya oxşar xarakterli paylaşımların, o cümlədən neqativ şərh və reaksiyaların kütləvi şəkildə və qısa zaman intervallarında yayılması, insanları ictimai qaydanı pozmağa təşviq edən çağırışların edilməsi diqqət çəkir. Məhdud sayda eyniadlı hesabların çoxsaylı paylaşımlara ardıcıl müdaxiləsi və fəaliyyətin konkret vaxt intervallarında intensivləşməsi bu prosesin koordinasiyalı xarakter daşıdığına dair ciddi əsaslar yaradır, trol hücumu və ölkə xaricindən vahid mərkəzdən idarə olunan informasiya manipulyasiyasının aparıldığını göstərir.
Bu kimi müdaxilələrin əsas məqsədi real ictimai rəyin təhrif olunması, ayrı-ayrı hesabların süni aktivliyi hesabına kütləvi narazılıq görüntüsünün yaradılması, diqqətin məsələnin mahiyyətindən yayındırılması və mövzunun müəyyən siyasi məqsədlərin alətinə çevrilməsidir".
"Azərbaycan Respublikası Media və Yayım Şurası vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu kimi hallara qarşı diqqətli olmağa, şübhəli hesabların koordinasiyalı fəaliyyətini nəzərə almağa, manipulyativ məzmunu yoxlamadan yaymamağa və süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır", - deyə Media və Yayım Şurasının açıqlamasında qeyd edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Vahid məktəbli forması ətrafında yaradılan süni ajiotaj - (Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
XƏBƏR LENTİ
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Vahid məktəbli forması ətrafında yaradılan süni ajiotaj - (Video)
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl
-
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib - (Foto/Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu





