İdman

"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır

12 Oktyabr 2026 19:09
Baxış: 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Kəpəz" Azərbaycan I Liqasının bombardirini transfer etməyə hazırlanır.

Milli.Az xəbər verir ki, bölgə təmsilçisi "Gəncəbasar"ın hücumçusu Dilan Aşimi ilə yaxından maraqlanır. Bu keçidin qış transfer pəncərəsində baş tutacağı gözlənilir.

Qeyd edək ki, kamerunlu hücumçu hazırda vurulan 8 qolla I Liqanın bombardirlər siyahısına başçılıq edir. 

21 yaşlı futbolçu "Gəncəbasar"ın cari mövsümdə vurduğu 9 qoldan 8-nə imza ataraq komandasının əsas silahına çevrilib. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.