Hadisə

İstanbuldan Azərbaycana dərman vasitələrinin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

14 Oktyabr 2026 15:02
Baxış: 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Milli.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk edərkən "Qırmızı kanal"a yönləndirilərək əl yükü və baqajına stasionar rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan əl yükü və baqajda ətraflı gömrük yoxlaması aparılıb. Yoxlama nəticəsində gömrük orqanına bəyan edilməyən külli miqdarda - 36 adda 16036 ədəd dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.