Saleh Səmədova hökm oxundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, indilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Prosesin əvvəlində vəkil müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın və bu məbləğin 50 faizi miqdarında dövlət rüsumunun tam ödənildiyini deyib. Bunu təsdiq edən sənədi məhkəməyə təqdim edib. Müdafiəçi bunu nəzərə alaraq cinayət işinə xitam verilməsini istəyib.
Dövlət ittihamçısı Fuad Musayev təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməməsini və ona 9 il azadlıqdan məhrumetmə cəzası təyin olunmasını tələb edib.
Prokuror fikrini belə əsaslandırıb ki, ziyanın ödənilməsindən sonra cinayət məsuliyyətindən azadetmə hər işə şamil edilə bilməz. Bu norma imperativ deyil, dispozitiv xarakter daşıyır və son qərarın verilməsi hakimin səlahiyyətindədir. İttiham tərəfi cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla müttəhimə cəza təyin etməlidir.
Səmədov da vəkilinin çıxışı ilə razılaşıb, son sözündə işə xitam verilməsini xahiş edib.
Leyla Əsgərova Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə qənaətə gəlib ki, dəymiş ziyan tam ödənilsə belə, cinayətin ağırlığı və ictimai təhlükəliliyi işə xitam verilməsinə imkan vermir.
Hökmə əsasən, Saleh Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib. Ağsaqqal müttəhim cəzasını ümumi rejimli cəzaçəkmə çəkəcək.
Onun cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə ödədiyi 112 min manat dövlət rüsumu özünə qaytarılacaq.
Qeyd edək ki, Saleh Səmədov 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış çıxış etmişdi. Bu hərəkətindən sonra ictimai qınaq hədəfinə çevrilən rayon ağsaqqalı bir müddət sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Korrupsiyada ittiham olunan Səmədov 17 aydır həbsdə idi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Arsenal" "Bavariya"nın müdafiəçisinə "elçi düşdü"
-
AQEM 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib
-
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib
-
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - (Foto)
-
Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
-
Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)
-
AQEM Sammitində ölkə liderlərinin səmimi söhbətləri - (Video)
-
Xalq artisti Zaur Rzayev reanimasiyaya yerləşdirildi
-
Sumqayıtda bağçada azyaşlı xəsarət aldı: Uşağın qolu sındı
-
“Sabah”ın qapıçısı Kurtuaya şərik oldu
-
Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - (Foto)
-
Safurənin də evini su basdı - (Foto)
-
Saleh Səmədova hökm oxundu
-
Qardaş ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək
-
Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)
-
Sahibə Qafarova Belarus parlamentinin palata sədri ilə əməkdaşlığın inkişafını müzakirə edib
-
İstanbulda son vəziyyət... - (Foto)
-
Bilgəhdə 2 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı - (Video)
-
Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
-
Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır
-
"Biz hara gedirik?" - Yunus Oğuz - (Video)
-
Mərkəzi Bank kredit faizlərinin hansı halda azala biləcəyini açıqlayıb
-
Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib
-
Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)





