Cəmiyyət

"Biz hara gedirik?" - Yunus Oğuz - (Video)

15 Oktyabr 2026 14:12
Baxış: 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Bu gün hicab məsələsinə görə mübahisə edirik. Hicab taxaq, yoxsa taxmayaq? Halbuki dünya Marsda insanların məskunlaşması üçün planlar hazırlayır. Biz isə bu məsələlərlə məşğuluq. Biz hara gedirik?"

Milli.Az xəbər verir ki, bunu yazıçı, jurnalist Yunus Oğuz bildirib.

O, hicab məsələsinin sadəcə dini mövzu kimi qiymətləndirilməməli olduğunu deyib. Onun sözlərinə görə, bu məsələ ətrafında baş verənlərə Azərbaycan dövlətinə və onun siyasətinə təsir göstərmək cəhdi kimi də yanaşmaq lazımdır.

Yunus Oğuz qeyd edib ki, din Azərbaycanın mənəvi dəyərlərindən biridir, lakin dini inancla dindarlığı fərqləndirmək lazımdır:

"İman ayrı bir şeydir, din ayrı bir şeydir. Hər kəs dindar ola bilər, amma hər kəs ürəyində imanını gəzdirməlidir. Azərbaycan əhalisinin əksəriyyəti imanını daxilində daşıyır".

Yazıçı əlavə edib ki, Azərbaycan xalqının dini ənənələri ilə gündəlik həyat tərzi bir-birini tamamlayır. Onun fikrincə, müasir dünyada baş verən yeniliklərlə ayaqlaşmaq vacibdir və cəmiyyət xurafatdan uzaqlaşmalıdır.

Yunus Oğuz hicab taxmağın şəxsi seçim olduğunu vurğulasa da, dini mövzular ətrafında baş verən bəzi hadisələrə tənqidi yanaşıb. O, həmin hadisələrdə müəyyən təşkilatlanmanın hiss olunduğunu düşündüyünü bildirib.

Yazıçı çıxışının sonunda cəmiyyəti yenilənməyə, ətrafda baş verənlərə diqqətlə yanaşmağa çağırıb.

Müəllif: Mina Mikayılova

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.