Dünya

Zelenski: “Özümü xəyanətə uğramış hiss etdim”

15 Oktyabr 2026 13:43
Baxış: 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Trampın Rusiya ilə dizel müqaviləsinə görə özümü xəyanətə uğramış hiss etdim".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşündən əvvəl britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.

O, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə dizel yanacağının tədarükünə dair razılaşmasını tənqid edib. Zelenski Vaşinqtonun Moskvanın mövqeyinə üstünlük verməsini ağrılı hesab etdiyini bildirib.

Trampın təşəbbüsləri fonunda özünü xəyanətə uğramış hiss edib-etmədiyi barədə suala Ukrayna lideri "Bəli, amma vəziyyət bir qədər mürəkkəbdir. Bu, məndən asılı deyil. Ölkəmiz yaşamalıdır" cavabını verib.

Zelenski Rusiya ilə dizel razılaşmasını "kədərli" adlandırıb: "Biz güclü tərəfdaşımızı itiririk".

O, Ukraynanın mövcudluğunu qorumaq üçün güclü olmalı olduğunu vurğulayaraq ölkəsinin maraqlarından geri çəkilməyəcəyini bildirib.

"Bizim üçün bu, biznes məsələsi deyil, həyatımızla bağlıdır. Bu, bizim ölkəmiz, bədənimiz, evimiz və uşaqlarımızdır", - deyə Zelenski qeyd edib.

O, Trampın neytral mövqe tutmasına etiraz etmədiklərini, lakin ABŞ prezidentinin Ukrayna əvəzinə Rusiyanın mövqeyinə üstünlük verməsini qəbul etmədiklərini vurğulayıb. Zelenski, həmçinin Trampın müşavirlərinin vəziyyəti yanlış qiymətləndirdiyini və bunun "tarixin doğru tərəfi" olmadığını söyləyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.