Siyasət

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

15 Oktyabr 2026 13:48
Baxış: 224

Azərbaycan sədrliyi dövründə AQEM-in məqsəd və hədəflərinə sadiqlik nümayiş etdirərək Asiyada qarşılıqlı fəaliyyətin genişləndirilməsi və etimad quruculuğunun gücləndirilməsi istiqamətində mühüm rol oynayır.

Milli.Az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

Prezident İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə görə təşəkkür edən Türkmənistan Prezidenti vurğulayıb ki, Azərbaycan bu platformada təşəbbüskar və əməkdaşlığı dəstəkləyən tərəf kimi xüsusi mövqeyə malikdir. "Bu baxımdan, Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.