"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"TikTok" sosial şəbəkəsində nalayiq ifadə işlədənlər saxlanılıblar.
Milli.Az Lent.az-a istinadla xəbər verir ki, biri 29, digər ikisi isə 33 yaşlarında olan həmkəndlilər kafedə yeyib-içdikdən sonra sərxoş halda "TikTok" platformasında canlı yayım açaraq nalayiq ifadələr işlədiblər, ictimai mənəviyyatı təhqir edən əməllərə yol veriblər.
Fakt əsasında hər üç şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya - telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Hadisə Ağcabədi rayonu, Hüsülü kəndində yerləşən kafedə baş verib. Yeyib-içəndən sonra sərxoş olan dostlardan biri canlı yayım açıb. Bu zaman digər ikisi canlı yayımda gedən söhbətə söyüşlə reaksiyalar veriblər. Lakin onların dediyinə görə, telefonun səsinin açıq olduğunu bilməyiblər. Hər üç adam törətdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə onların hər biri 375 manat məbləğində inzibati qaydada cərimələnib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Biz hara gedirik?" - Yunus Oğuz - (Video)
-
"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar
-
Bakıda nasaz yük maşını prospektlərdən birini bağladı
-
"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
-
SOMDA-da xidmətə qəbul başlayır: Kim müraciət edə bilər?
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
XƏBƏR LENTİ
-
Bilgəhdə 2 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı - (Video)
-
Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
-
Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır
-
"Biz hara gedirik?" - Yunus Oğuz - (Video)
-
Mərkəzi Bank kredit faizlərinin hansı halda azala biləcəyini açıqlayıb
-
Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib
-
Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)
-
Hadisədən etiraf: “Yenidən evlənmək və ana olmaq istəyirəm”
-
Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
-
Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
-
Azərbaycan çox vacib uğurlara imza atıb - İsrail Prezidenti
-
Zelenski: “Özümü xəyanətə uğramış hiss etdim”
-
Paşinyan bu tarixə qədər sülh sazişinin imzalanacağını düşünür
-
Bakıda maşını xarab olan sürücü həbs olundu
-
Kredit götürüb işsiz qalanlar üçün yenilik
-
"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar
-
Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik
-
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
-
Məleykə Əsədova vəfat edən bacısı qızının görüntülərini paylaşdı - (Video)
-
Sabahın havası açıqlandı
-
Pakistanda məktəbdə faciə: 28 uşaq öldü
-
İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb
-
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
-
"Ukrayna prezidentini Nə Tramp, nə Mask, nə də başqası seçə bilər"





