Azərbaycan çox vacib uğurlara imza atıb - İsrail Prezidenti
Azərbaycan çox vacib uğurlara imza atıb. Prezident İlham Əliyev bu cür önəmli tədbirlərin həyata keçirilməsi istiqamətində vacib addımlar atıb, ev sahibliyi edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Yeddinci Sammiti zamanı çıxışında bildirib.
O bildirib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitliyin, inanılmaz iqtisadi artımın və regiondakı əlaqələrin möhkəmləndirilməsinin əsas dayağına çevrilib.
"İştirak etdiyimiz bu sammit Azərbaycanın həqiqətən də təsirli regional tərəfdaşlıq və inamlı tədbirlər qurmaqda təqdirəlayiq bir ölkə olduğunu sübut edir. Gərginliyin artdığı bir dövrdə Azərbaycan AQEM-i həmişə diqqət mərkəzində saxlayıb, dialoq və tərəfdaşlığın genişləndirilməsi vasitəsilə ümumi rifahı dəstəkləyib",- deyə o bildirib.
İ.Hersoq vurğulayıb ki, birbaşa dialoqlar və təmaslar vacibdir.
"Çünki bizim bir-birimizlə qarşılıqlı əlaqədə olduğumuz XXI əsr dünyasında təcrid olunmaq illüziyadır. İqlim dəyişikliyi, aclıq, xəstəlik və digər transmilli çağırışlar hələ də siyasi sərhədləri aşır. Dünyada heç bir ölkə təcrid olunmuş vəziyyətdə təkbaşına inkişaf edə bilməz",- deyə o əlavə edib
Qeyd edək ki, Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (CİCA) Yeddinci Sammiti keçirilir.
İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın Sədrliyinin təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.
Tədbirdə dövlət və hökumət başçıları, AQEM-ə üzv dövlətlərin, müşahidəçi dövlətlərin, müşahidəçi təşkilatların və tərəfdaş qurumların nümayəndə heyətləri iştirak edirlər.
Sammit beynəlxalq münasibətlərdə, o cümlədən Asiyada dövlətlərarası ziddiyyətlərin kəskinləşdiyi, münaqişələrin alovlandığı və yeni münaqişə ocaqlarının yaranması ilə müşahidə olunan mürəkkəb mühitdə üzv dövlətlər arasında dialoq və etimad quruculuğu məsələlərinin müzakirəsi üçün mühüm fürsət təşkil edir.
Laosun yeni üzv qismində AQEM-ə qəbul edilməsi sammitin ən əlamətdar nəticələrindən biri hesab olunur. Tədbir AQEM çərçivəsində fəaliyyətin təşviqi və ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində sənədlərin qəbulu ilə əlamətdar olacaq.
Sammitin ən mühüm siyasi sənədi kimi Bakı Bəyannaməsinin qəbulu gözlənilir. Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi bütün dövlətlər tərəfindən təqdir edilir, iki il ərzində müxtəlif istiqamətlər üzrə irəli sürülmüş təşəbbüslər və keçirilmiş tədbirlər alqışlanır. Sənəddə həmçinin, beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi, ətraf mühit kimi sahələrdə risklərlə mübarizə yollarına dair konkret müddəalar öz əksini tapır. Bakı Bəyannaməsində dözümlülük və sivilizasiyalar arası dialoqun təşviqi, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin irəlilədilməsi, o cümlədən süni intellektin inkişafından qaynaqlanan imkan və risklərə xüsusi diqqət yetirilir.
Bakı Bəyannaməsindən əlavə, sammitdə Əməyin təhlükəsizliyi və sağlamlığı mövzusunda ayrıca bəyanatın da qəbulu nəzərdə tutulur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Sahibə Qafarova Belarus parlamentinin palata sədri ilə əməkdaşlığın inkişafını müzakirə edib
-
Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır
-
Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib
-
Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
-
Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
-
Azərbaycan çox vacib uğurlara imza atıb - İsrail Prezidenti
XƏBƏR LENTİ
-
Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)
-
Sahibə Qafarova Belarus parlamentinin palata sədri ilə əməkdaşlığın inkişafını müzakirə edib
-
GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib - (Foto)
-
İstanbulda son vəziyyət... - (Foto)
-
Bilgəhdə 2 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı - (Video)
-
Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
-
Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır
-
"Biz hara gedirik?" - Yunus Oğuz - (Video)
-
Mərkəzi Bank kredit faizlərinin hansı halda azala biləcəyini açıqlayıb
-
Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib
-
Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)
-
Hadisədən etiraf: “Yenidən evlənmək və ana olmaq istəyirəm”
-
Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
-
Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
-
Azərbaycan çox vacib uğurlara imza atıb - İsrail Prezidenti
-
Zelenski: “Özümü xəyanətə uğramış hiss etdim”
-
Paşinyan bu tarixə qədər sülh sazişinin imzalanacağını düşünür
-
Bakıda maşını xarab olan sürücü həbs olundu
-
Kredit götürüb işsiz qalanlar üçün yenilik
-
"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar
-
Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik
-
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
-
Məleykə Əsədova vəfat edən bacısı qızının görüntülərini paylaşdı - (Video)
-
Sabahın havası açıqlandı





