"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətdə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"lə qarşılaşma ilə başlayıb. Niko Kovaçın rəhbərlik etdiyi komanda həmin oyunda 0:1 hesabı ilə məğlub olub.
Almaniya klubu oktyabrın 17-də Bundesliqada "Union Berlin"in qonağı olacaq. Bundan sonra Dortmund təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin növbəti turunda "Sabah"la qarşılaşmaq üçün Bakıya yollanacaq. Klubun məlumatına görə, komanda altı gün ərzində ümumilikdə 11 min kilometrdən çox məsafə qət etməli olacaq.
Kovaç Norveçdəki matçdan əvvəl sıx qrafik və səfərlərin təsirini nəzərə alaraq heyətdə rotasiyaya getdiklərini bildirib.
"Dünyada heç bir komanda belə səfər yükünün öhdəsindən eyni 11 futbolçu ilə gələ bilməz. Buna görə heyətdə dəyişikliklər etdik", - deyə baş məşqçi DAZN-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, "Sabah" - "Borussiya Dortmund" matçı oktyabrın 20-də saat 20:45-də keçiriləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
-
Son günlərin antiqəhrəmanı: Elman Ağazadə kimin ssenarisini oynayır?
-
Dağıstanın yeni rəhbəri Fyodor Şukin oldu
-
“Polşa liqasında hər şey Azərbaycandakından yaxşıdır” - Koxalski
-
Əli Əsədov yeni qərar imzaladı
-
"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətdə
-
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Tokayev Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir
-
Trampın kürəkəni məhkəməyə verildi
-
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
-
Diabet xəstələri banan yeyə bilər?
-
Bloqer Aysel Şükürün keçmiş əri həbs edildi - (Foto)
-
Bakıda 8 marşrutun yolu dəyişdirilir
-
"Bu, Ukraynaya nüvə zərbəsinə bərabərdir"
-
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub - (Foto-Video)
-
Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
-
Ərdoğan növbəti prezident seçkisində namizəd olacaq? - Rəsmi açıqlama
-
Bu ölkədə səma narıncıya boyandı - 280 min insan xəstələndi
-
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
-
Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)
-
U -23 millimiz qələbə qazandı
-
Prezident İlham Əliyev və Sadır Japarov AQEM sammiti çərçivəsində qeyri-rəsmi söhbət edib - (Foto)
-
Azərbaycanda gənc əsgər vəfat etdi - (Foto)
-
"Arsenal" "Bavariya"nın müdafiəçisinə "elçi düşdü"





