Tokayev Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında barışıq prosesini dəstəkləyir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cümə axşamı Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində çıxışı zamanı bildirib.
O, qeyd edib ki, Cənubi Qafqazın nümunəsi uzaqgörən liderliyin hansı nəticələrə nail olmağa imkan verdiyini aydın şəkildə nümayiş etdirir.
"Onilliklər boyu davam edən dərin fikir ayrılıqlarından sonra tərəflərin bu yaxınlaşması yeni perspektivlər açır, Şərqlə Qərb arasında körpülərin qurulması üçün imkanlar yaradır. Güclü siyasi iradə və mühüm iqtisadi potensial sayəsində AQEM iri transsərhəd layihələrin həyata keçirilməsinə mühüm töhfə verə bilər.
Buna görə də AQEM-in nəqliyyat əlaqələrinin inkişafı üzrə Strategiyasının birgə hazırlanmasını təklif edirəm. Bu strategiya regionumuzun əsas beynəlxalq nəqliyyat marşrutlarının, o cümlədən "Bir kəmər, bir yol" təşəbbüsünün, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin, Orta Dəhlizin və TRIPP təşəbbüsünün potensialını öyrənməyə imkan verəcək", - deyə Prezident bildirib.
Tokayev həmçinin hazırda dünyanın enerji təhlükəsizliyinin tamamilə pozulması təhdidi ilə üzləşdiyini vurğulayıb.
"Transsərhəd enerji infrastrukturu getdikcə daha çox münaqişələrin təsirinə məruz qalır. Nəticədə bütün dünyada enerji bazarlarında qeyri-sabitlik hökm sürür. Bu qeyri-müəyyənlik baş verən hadisələrin birbaşa təsirinə məruz qalan ölkələrin hüdudlarından xeyli kənarda iqtisadi artımın yavaşlaması təhlükəsi yaradır.
Məhz buna görə də Qazaxıstan tərəfdaşlığa üstünlük verir. Qazaxıstan, Azərbaycan və Özbəkistan yaşıl enerjinin təchizatı sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Bununla da enerji sistemlərimizi birləşdirəcək və gələcəkdə Qara dəniz vasitəsilə Avropa bazarları ilə əlaqələndirəcək Xəzər Yaşıl Enerji Dəhlizinin yaradılması üçün zəmin formalaşdırılıb", - deyə o, bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Tokayev Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir
-
Ərdoğan növbəti prezident seçkisində namizəd olacaq? - Rəsmi açıqlama
-
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
-
Prezident İlham Əliyev və Sadır Japarov AQEM sammiti çərçivəsində qeyri-rəsmi söhbət edib - (Foto)
-
AQEM 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib
XƏBƏR LENTİ
-
Mətanət dünən buna görə efirə çıxmayıb - acı xəbər alıb
-
Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi - Yenilənib
-
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
-
Son günlərin antiqəhrəmanı: Elman Ağazadə kimin ssenarisini oynayır?
-
Dağıstanın yeni rəhbəri Fyodor Şukin oldu
-
“Polşa liqasında hər şey Azərbaycandakından yaxşıdır” - Koxalski
-
Əli Əsədov yeni qərar imzaladı
-
"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətdə
-
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Tokayev Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir
-
Trampın kürəkəni məhkəməyə verildi
-
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
-
Diabet xəstələri banan yeyə bilər?
-
Bloqer Aysel Şükürün keçmiş əri həbs edildi - (Foto)
-
Bakıda 8 marşrutun yolu dəyişdirilir
-
"Bu, Ukraynaya nüvə zərbəsinə bərabərdir"
-
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub - (Foto-Video)
-
Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
-
Ərdoğan növbəti prezident seçkisində namizəd olacaq? - Rəsmi açıqlama
-
Bu ölkədə səma narıncıya boyandı - 280 min insan xəstələndi
-
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
-
Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)
-
U -23 millimiz qələbə qazandı
-
Prezident İlham Əliyev və Sadır Japarov AQEM sammiti çərçivəsində qeyri-rəsmi söhbət edib - (Foto)





