Şou-biznes

“Navai” saxlanıldı

14 Oktyabr 2026 19:50
Baxış: 412
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan əsilli tanınmış reper "Navai" (Nəvai Bəkirov) Qazaxıstana daxil olarkən saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi "Korday" sərhəd-keçid məntəqəsindən keçərkən sərhədçilər onun avtomobilini saxlayıblar. Xidməti it vasitəsilə avtomobildə 2,5 qram marixuana aşkar edilib.

Hazırda reperə qarşı qadağan olunmuş maddələrin qaçaqmalçılığı ilə bağlı iş açılıb. Bəkirovla birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb. Hüquq-mühafizə orqanları narkotiklərin kimə məxsus olduğunu müəyyənləşdirir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.