Nənələrimizin mirası Bakı küçələrində - (Foto/Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının mərkəzində rəngarəng görüntülər yaşanıb. Milli geyimlərdə, başlarında müxtəlif rəngli kəlağayılarla küçələrə çıxan xanımlar şəhər sakinlərinin və xarici turistlərin diqqətini cəlb ediblər. Azərbaycan musiqiləri və bayatılarla müşayiət olunan yürüş milli-mədəni irsimizin təbliğinə həsr olunub.
QHT nümayəndələrinin və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi "Kəlağayı yürüşü"nün əsas məqsədi Azərbaycanın milli geyimlərinin, xüsusilə kəlağayının tanıdılması, bu ənənəyə marağın artırılması və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsidir. Rəngarəng kəlağayılar və milli geyimlər paytaxtın küçələrinə xüsusi görünüş verib, yürüş iştirakçıları ətrafdakıların marağına səbəb olublar.
"İncəsənətin Tərəqqisinə Dəstək" İctimai Birliyinin sədri Turanə Orucova Milli.Az-a açıqlamasında bildirib ki, kəlağayı Azərbaycan qadınının zərifliyini, milli adət-ənənələrimizi və əsrlərdən süzülüb gələn sənət ənənələrimizi özündə əks etdirir.
Onun sözlərinə görə, belə tədbirlər milli-mənəvi dəyərlərin yaşadılması, gənclər arasında mədəniyyətin təbliği və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
T.Orucova hesab edir ki, milli geyimlərin təbliği keçmişlə gələcək arasında körpü yaratmaqla yanaşı, milli kimliyimizin qorunmasına da xidmət edir. O, bu cür tədbirlərin il ərzində daha çox keçirilməsinin vacibliyini vurğulayıb.
"İstedadları tanıyaq və tanıdaq" İctimai Birliyinin sədri Vüsalə Sadıqova isə kəlağayının qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzi olduğunu bildirib.
O, qeyd edib ki, milli mədəni irsimizi qorumaqla yanaşı, onu dünyaya düzgün şəkildə çatdırmaq da vacibdir.
V.Sadıqovanın fikrincə, kəlağayı və milli geyimlər yalnız bayramlarda və xüsusi günlərdə deyil, gündəlik həyatda da istifadə olunmalıdır. O, milli geyimlərin heç olmasa bir detalının gündəlik geyimlərdə əks etdirilməsinin bu ənənənin yaşadılmasına töhfə verəcəyini deyib.
"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova da milli geyimlərin və kəlağayının qorunmasının hər bir vətəndaşın üzərinə düşən məsuliyyət olduğunu vurğulayıb.
O, bildirib ki, bəzən insanlar gündəlik həyatda milli geyimləri geyinməyə çəkinirlər. Halbuki bu geyimlər nənələrimizdən, ulu nənələrimizdən bizə miras qalan milli-mənəvi dəyərlərdir.
N.İsmayılovanın sözlərinə görə, bu irs nəsildən-nəslə ötürülməli və yaşadılmalıdır. O, artıq ikinci dəfədir belə bir yürüşdə iştirak etdiyini də qeyd edib.
Qeyd edək ki, Azərbaycan kəlağayısının ənənəvi hazırlanma və istifadə mədəniyyəti, eləcə də simvolikası 2014-cü ilin noyabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Kəlağayı Azərbaycan xalqının milli kimliyini, adət-ənənələrini və zəngin mədəni irsini özündə yaşadan mühüm sənət nümunələrindən biridir.
Müəllif: Mina Mikayılova
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bilal Əliyev: "10 dəfə Həcc ziyarətinə getmişəm, amma məktəblilər eyni geyim formasında olmalıdırlar"
-
Nənələrimizin mirası Bakı küçələrində - (Foto/Video)
-
Bakıda minik avtomobili atla toqquşdu - (Video)
-
“Navai” saxlanıldı
-
Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası
-
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova
XƏBƏR LENTİ
-
Antonio Konte "Mançester Yunayted"in yeni baş məşqçisi olacaq
-
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - (Foto)
-
Bilal Əliyev: "10 dəfə Həcc ziyarətinə getmişəm, amma məktəblilər eyni geyim formasında olmalıdırlar"
-
Nənələrimizin mirası Bakı küçələrində - (Foto/Video)
-
Bakıda minik avtomobili atla toqquşdu - (Video)
-
Hakan Fidan Bakıdadır - Yenilənib
-
“Navai” saxlanıldı
-
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - (Foto)
-
Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası
-
Vitali Kliçkonun çıxışı zamanı mikrofonunu söndürdülər - (Video)
-
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - (Foto)
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - (Foto)
-
Erməni deputat Rusiyaya buraxılmadı
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - (Foto/Video)
-
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - (Foto/Video)
-
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova
-
Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edilib
-
Vüsalə Sadıqova: "Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir"
-
Ankara və İrəvanın yeni məramları nədir?
-
Milli geyimlərimiz və kəlağayı gənc nəslə necə çatdırılmalıdır? – İctimai Birlik sədrindən açıqlama
-
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir - (Foto)
-
Atasını öldürən Ayxana 1 il yarım həbs verildi





