İdman

Antonio Konte "Mançester Yunayted"in yeni baş məşqçisi olacaq

14 Oktyabr 2026 21:04
Baxış: 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

​İngiltərə nəhəngi "Manchester United"də baş məşqçi postunda dəyişiklik edə bilər.

Milli.Az xəbər verir ki, ötən gün "Atletiko Madrid"ə qarşı keçirilən matçdakı məğlubiyyətdən sonra komandanın sükanı arxasındakı Maykl Kerrik ilə yolların ayrıla biləcəyi və İtaliyanın tanınmış mütəxəssisi Antonio Kontenin əsas namizəd olduğu irəli sürülür.

Çempionlar Liqasında "Atletiko Madrid"ə qarşı alınan məğlubiyyətdən sonra klub rəhbərliyinin komandadaki gedişatdan narazı olduğu və Maykl Kerriklə bağlı tezliklə qərar verəcəyi gözlənilir.

Təcrübəli mütəxəssis Antonio Konte karyerasını yenidən İngiltərə Premer Liqasında davam etdirməyə və "Qırmızı şeytanlar"ı çalışdırmağa açıqdır.

"Mançester Yunayted" rəhbərliyi komandanı böhrandan çıxarmaq və daxili çempionatda iddialı mövqeyə qaytarmaq üçün Konte təcrübəsinə güvənmək niyyətindədir. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.