Vitali Kliçkonun çıxışı zamanı mikrofonunu söndürdülər - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiyev meri Vitali Kliçko Ali Radanın kürsüsündən mərkəzi hakimiyyəti kəskin tənqid etməyə başlayan zaman mikrofonu söndürülüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə parlamentin "YouTube" kanalındakı canlı yayımından bəlli olub.
"Ukraynada yerli özünüidarəetməni təkcə Kiyevdə deyil, uydurma bəhanələrlə icma rəhbərlərini uzaqlaşdırmaqla, cəfəng ittihamlar irəli sürməklə və cinayət işləri ilə qorxutmaqla məhv etməyə çalışırlar", - deyə Kliçko mikrofonu kəsilməzdən bir an əvvəl bildirib.
Mikrofon söndürüldükdən sonra Kliçko təəccüblə geriyə dönüb, parlament zalında isə alqış səsləri ucalıb.
Qeyd edək ki, Kiyev meri çıxışı zamanı gərginlik yaşadığı Ukrayna Prezidenti Volodimir Zelenskiyə qiyabi müraciət edərək, paytaxtın hava hücumundan müdafiə sisteminin niyə işləmədiyini və onun gücləndirilməsinə ayrılan milyardların haraya xərcləndiyini soruşub. O, həmçinin qışa hazırlığı iflasa uğratması ilə bağlı ünvanına səslənən ittihamları "şou" adlandırıb və hökumətin ayrılan pulları dondurduğu üçün şəhərlərin soyuqlara hazır olmadığını vurğulayıb.
Xatırladaq ki, Zelenski Kiyev rəhbərliyini və şəxsən Kliçkonu qışa hazırlığı təxirə salmaqda ittiham etmişdi. Mer isə bu ittihamların onu vəzifədən kənarlaşdırmaq və yerinə hərbi administrasiya rəhbərini təyin etmək üçün bəhanə olduğunu bəyan edərək, növbəti seçkilərə qədər postunu tərk etməyəcəyini qeyd edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bilal Əliyev: "10 dəfə Həcc ziyarətinə getmişəm, amma məktəblilər eyni geyim formasında olmalıdırlar"
-
Nənələrimizin mirası Bakı küçələrində - (Foto/Video)
-
Bakıda minik avtomobili atla toqquşdu - (Video)
-
Hakan Fidan Bakıdadır - Yenilənib
-
“Navai” saxlanıldı
-
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - (Foto)
-
Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası
-
Vitali Kliçkonun çıxışı zamanı mikrofonunu söndürdülər - (Video)
-
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - (Foto)
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - (Foto)
-
Erməni deputat Rusiyaya buraxılmadı
-
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - (Foto/Video)
-
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova
-
Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edilib
-
Vüsalə Sadıqova: "Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir"
-
Ankara və İrəvanın yeni məramları nədir?
-
Milli geyimlərimiz və kəlağayı gənc nəslə necə çatdırılmalıdır? – İctimai Birlik sədrindən açıqlama
-
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir - (Foto)
-
Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
-
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib - (Foto)
-
Qırğızıstan Prezidenti Bakıdadır - (Foto)





