Ermənistan

Erməni deputat Rusiyaya buraxılmadı

14 Oktyabr 2026 19:03
Baxış: 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputatı Lusine Badalyanın Rusiyaya girişinə qadağa qoyulub.

Milli.Az xəbər verir ki, deputat MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının Sankt-Peterburqda keçirilən iclasında iştirak etmək üçün Rusiyaya getməyi planlaşdırdırıb.

Məlumata görə, ona Rusiya ərazisinə giriş qadağasının qüvvədə olduğu bildirilib, qadağanın səbəbi açıqlanmayıb.

Badalyan baş verənləri qəribə və narahatedici adlandıraraq, bunun beynəlxalq təşkilatın mənzil-qərargahında rəsmi vəzifələrini yerinə yetirməsinə mane olduğunu bildirib.

"Rusiya Federasiyasına daxil olmağıma icazə vermədilər. Səbəb kimi ölkəyə girişimin qadağan edildiyini göstərdilər. Bunun konkret səbəbi məlum deyil", - deputat yazıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.