Son günlərin antiqəhrəmanı: Elman Ağazadə kimin ssenarisini oynayır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Trend-də dərc olunmuş məqaləni təqdim edir:
Sosial şəbəkələr sadəcə ünsiyyət vasitəsi deyil, bəziləri üçün cəmiyyətin zəif damarlarını tutmaq və ideoloji təxribat toxumları səpmək üçün idarə olunan bir alətdir. Xüsusilə dini mövzularda "vaiz" cildinə girərək məktəbliləri, valideynləri və həssas sosial təbəqələri hədəf alan şəxslərin fəaliyyəti artıq adi söz azadlığı kimi dəyərləndirilə bilməz.
Bu gün sosial şəbəkə platformalarında sistemli şəkildə dövlətin dünyəvi sütunlarına baltalamağa çalışanlardan biri Elman Ağzadədir.
YouTube-da 61,5 min, Instagram-da 112 min, TikTok-da 25 minə yaxın izləyici auditoiriyası... Müntəzəm yenilənən videolar, yüksək keyfiyyətli çəkilişlər, öncədən hesablanmış jest və mimikalar, auditoriyanın emosiyalarına oynayan xüsusi ritm... Elman Ağzadənin təqdim etdiyi bu görünüş fərdi inancın və ya fərdi fəaliyyətin nəticəsi deyil. Bu, peşəkar şəkildə kənardan idarə olunan, maliyyələşdirilən və müəyyən mərkəzlərdən yönləndirilən sistemli bir propaqanda maşınıdır.
Cavab aydındır: Dini həssaslıqlardan sui-istifadə edərək ictimai rəyi manipulyasiya etmək, dövlət institutlarına inamsızlıq yaratmaq və cəmiyyətdə suni qütbləşmə formalaşdırmaq.
Ağzadənin istifadə etdiyi emosional pafos, dramatik vurğular və dini kəlamların arxasında gizlətdiyi natamam faktlar cəmiyyətə "dini maarifləndirmə" kimi yeridilməyə çalışılır. Lakin onun əsas hədəfi maarifləndirmək deyil, insanları dövlətin qərarlarına qarşı yönəltmək, ictimai-siyasi sabitliyi pozmaqdır. Nazirlər Kabinetinin vahid məktəbli geyimi ilə bağlı qərarına qarşı başladığı aqressiv təbliğat da bunun bariz sübutudur.
Elman Ağzadə yaxşı bilir ki, məktəb dövlətin dünyəvilik, nizam-intizam və bərabərlik prinsiplərinin qorunduğu ən strateji məkandır. Vahid geyim şagirdlər arasında sosial və zahiri fərqləri aradan qaldırır, hamı üçün bərabər təhsil mühiti yaradır. Lakin Ağzadə bu dünyəvi və sosial normanı bilərəkdən dini inanc məsələsi kimi qələmə verir, müzakirəni mahiyyətindən yayındırır və valideynləri, məktəbli uşaqları dövlət məktəblərinə qarşı cəbhə almağa sövq edir.
Dini şəxsi həyatın inanc məsələsindən çıxarıb təhsil ocaqlarında dövlət qaydalarına qarşı siyasi bayrağa çevirmək cəhdi birbaşa ideoloji təxribatdır.
Xüsusilə azyaşlıların və yeniyetmələrin psixologiyasından istifadə edərək onları dövlət qaydalarına qarşı radikal ruhiyyədə kökləmək Elman Ağzadənin fəaliyyətindəki ən təhlükəli məqamdır. Yeniyetmələrin emosional həssaslığını istismar etmək, onları "haqq-ədalət" pərdəsi altında dövlətin dünyəvi təhsil sisteminə qarşı qaldırmağa çalışmaq söz azadlığı deyil, cəmiyyətin gələcəyinə qarşı yönəlmiş təhdiddir.
Ortada cavab tələb edən kəskin suallar var:
-Elman Ağzadənin arxasında hansı ideoloji mərkəzlər dayanır?
-Onun sosial şəbəkələrdəki sistemli media fəaliyyətini və çəkilişlərini kimlər maliyyələşdirir?
-Dini şəxsi inanc kimi deyil, dövlət qərarlarına qarşı itaətsizlik aləti kimi təqdim etməkdə məqsəd nədir?
Elman Ağazadə barədə məlum olan onun Azərbaycanda dövlətçiliyə qarşı bundan öncə də radikal çıxışlar etməsi, ekstremist fəaliyyətə görə məsuliyyətə cəlb olunması ilə bağlıdır. Amma görünür ki, azadlığa çıxdıqdan sonra da o, fəaliyyətini davam etdirir. Onun Azərbaycana qonşu olan ölkələrdən birinin təsir agenti olması ehtimalı var.
Amma Elman Ağazadə anlamır ki, Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Bu ölkədə heç kimə, o cümlədən dini ritorika arxasında gizlənən radikallar dünyəvi təhsil sistemini hədəf almağa, məktəbliləri alət etməyə və cəmiyyəti parçalamağa icazə verilə bilməz.
Dövlət qərarları ilə bağlı hər hnası müzakirələr faktlara dayanmalı, dövlətçilik prinsiplərini və cəmiyyətin sabitliyini hədəf almamalıdır.
Cəmiyyətimiz bu tür manipulyasiyalar qarşısında ayıq-sayıqdır və din pərdəsi altında aparılan siyasi oyunlara və dövlətçilik əleyhinə yönəlmiş təhlükəli ritorikalara rədd cavabı verir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
COVID-19 xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
-
Mətanət dünən buna görə efirə çıxmayıb - acı xəbər alıb
-
Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi - Yenilənib
-
Son günlərin antiqəhrəmanı: Elman Ağazadə kimin ssenarisini oynayır?
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bloqer Aysel Şükürün keçmiş əri həbs edildi - (Foto)
XƏBƏR LENTİ
-
Stas Pokatilov ÇL-in rəmzi komandasına da seçildi - (Foto)
-
COVID-19 xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
-
Mətanət dünən buna görə efirə çıxmayıb - acı xəbər alıb
-
Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi - Yenilənib
-
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
-
Son günlərin antiqəhrəmanı: Elman Ağazadə kimin ssenarisini oynayır?
-
Dağıstanın yeni rəhbəri Fyodor Şukin oldu
-
“Polşa liqasında hər şey Azərbaycandakından yaxşıdır” - Koxalski
-
Əli Əsədov yeni qərar imzaladı
-
"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətdə
-
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Tokayev Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir
-
Trampın kürəkəni məhkəməyə verildi
-
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
-
Diabet xəstələri banan yeyə bilər?
-
Bloqer Aysel Şükürün keçmiş əri həbs edildi - (Foto)
-
Bakıda 8 marşrutun yolu dəyişdirilir
-
"Bu, Ukraynaya nüvə zərbəsinə bərabərdir"
-
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub - (Foto-Video)
-
Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
-
Ərdoğan növbəti prezident seçkisində namizəd olacaq? - Rəsmi açıqlama
-
Bu ölkədə səma narıncıya boyandı - 280 min insan xəstələndi
-
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
-
Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)





