Dünya

Dağıstanın yeni rəhbəri Fyodor Şukin oldu

15 Oktyabr 2026 19:04
Baxış: 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dağıstan Respublikası Xalq Toplantısının (parlamentinin) səkkizinci çağırış deputatları Fyodor Şukinin respublika rəhbəri vəzifəsinə namizədliyini dəstəkləyiblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səsvermədə iştirak edən 87 deputatdan 78-i Şukinin lehinə səs verib.

Qeyd edək ki, Dağıstan Konstitusiyasına uyğun olaraq, region rəhbəri Xalq Toplantısının deputatları tərəfindən seçilir. Bundan əvvəl Rusiya Prezidenti bu posta Xalq Toplantısının spiker müavini Kamil Davdiyev və regional parlamentin deputatı Samir Abdulxaliqovun da namizədliyini təklif etmişdi.

Xatırladaq ki, 1976-cı il təvəllüdlü Fyodor Şukin bu il mayın 4-də Dağıstan rəhbərinin müvəqqəti icraedicisi təyin olunmuşdu. O, bu postda hazırda Bryansk vilayətindən Federasiya Şurasının senatoru olan Sergey Melikovu əvəz etmişdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.