Dünya

"Bu, Ukraynaya nüvə zərbəsinə bərabərdir"

15 Oktyabr 2026 17:29
Baxış: 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukrayna Müdafiə Qüvvələrinin yüksək sürətli dronları qəfil "Starlink" məhdudiyyətlərindən dolayı rabitəsiz qalıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Politiko" ukraynalı hərbçilərə istinadən məlumat yayıb.

"Bu, bizə nüvə zərbəsi endirməklə müqayisə edilə bilər. Bütün əməliyyatlar dayandırılıb. Bu, çoxumuzun həyatı bahasına başa gələcək", - deyə adı açıqlanmayan ukraynalı komandir qeyd edib.

Onun sözlərinə görə, 150 kilometr uzaqlıqdakı hədəfləri vurmaq üçün istifadə olunan "Hornet" PUA-larının istifadəsi və naviqasiyası ciddi şəkildə "Starlink" sistemindən asılıdır.

Eyni zamanda bildirilib ki, sözügedən dronların gecə sürəti kəskin şəkildə enərək 100 km/saata düşüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.