Ukrayna Müdafiə Qüvvələrinin yüksək sürətli dronları qəfil "Starlink" məhdudiyyətlərindən dolayı rabitəsiz qalıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Politiko" ukraynalı hərbçilərə istinadən məlumat yayıb.
"Bu, bizə nüvə zərbəsi endirməklə müqayisə edilə bilər. Bütün əməliyyatlar dayandırılıb. Bu, çoxumuzun həyatı bahasına başa gələcək", - deyə adı açıqlanmayan ukraynalı komandir qeyd edib.
Onun sözlərinə görə, 150 kilometr uzaqlıqdakı hədəfləri vurmaq üçün istifadə olunan "Hornet" PUA-larının istifadəsi və naviqasiyası ciddi şəkildə "Starlink" sistemindən asılıdır.
Eyni zamanda bildirilib ki, sözügedən dronların gecə sürəti kəskin şəkildə enərək 100 km/saata düşüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)