Siyasət

Prezident İlham Əliyev və Sadır Japarov AQEM sammiti çərçivəsində qeyri-rəsmi söhbət edib - (Foto)

15 Oktyabr 2026 16:30
Baxış: 290

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində qeyri-rəsmi söhbət ediblər.

Qeyd edək ki, sammit Azərbaycanın sədrliyi ilə keçirilir.

Sammitdə 2022-ci ildə AQEM-in transformasiyasına başlanılmasından bəri əldə olunan irəliləyiş, eləcə də təşkilatın gücləndirilməsinə və üzv dövlətlər arasında praktiki əməkdaşlığın inkişafına yönəlmiş Azərbaycanın sədrliyinin nəticələri müzakirə olunur.

Tədbirdə dövlət və hökumət başçıları, AQEM-ə üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri, müşahidəçi təşkilatlar və tərəfdaş qurumlar iştirak edirlər.

Sammit dövlətlərarası ziddiyyətlərin, o cümlədən Asiyada gərginliyin artdığı, münaqişələrin alovlandığı və yeni gərginlik ocaqlarının yarandığı mürəkkəb beynəlxalq şəraitdə üzv dövlətlər arasında dialoqun inkişafı və etimadın möhkəmləndirilməsi məsələlərini müzakirə etmək imkanı yaradır.

Sammitin əsas siyasi sənədinin Bakı Bəyannaməsi olacağı gözlənilir. Bəyannamədə Azərbaycanın AQEM-ə sədr kimi rolu qeyd olunacaq, həmçinin son iki il ərzində müxtəlif istiqamətlər üzrə irəli sürülmüş təşəbbüslər və keçirilmiş tədbirlər əksini tapacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.