Şou-biznes

Mətanət dünən buna görə efirə çıxmayıb - acı xəbər alıb

15 Oktyabr 2026 19:39
Baxış: 1 009
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb.

Milli.Az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:

"Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-ə qalxıb və evdə yıxılaraq komaya düşüb. Ona zəng etdim. Zəng çatmadığından başa düşdüm ki, nəsə olub. Qardaşımın ailəsi mənə xəbər verdi ki, bacım komadadır.

Elə bir vəziyyətdə idim ki, artıq bacımı itirdiyimi düşünürdüm. Mən dünən gördüyümü gördüm, bizim həkimlərdən yoxdur. Mən hələ yolda olarkən, Sumqayıta çatana qədər ona yerindəcə müdaxilə etdilər, komadan ayıltdılar və xəstəxanaya yerləşdirdilər".

Qeyd edək ki, ötən gün verilişin təkrarı tamaşaçılara təqdim olunub. (axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.