İdman

Holand Messinin iki rekordunu qırdı

15 Oktyabr 2026 20:17
Baxış: 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holand UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda iki rekorda imza atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 26 yaşlı forvard komandasının PSJ-yə 2:4 hesabı ilə məğlub olduğu görüşdə iki qol vurub.

Bununla da Holand Çempionlar Liqasındakı ümumi qol sayını 61-ə çatdırıb. Norveçli hücumçu turnirdə 60 qol həddinə ən sürətli çatan futbolçu olub. O bu göstəriciyə 60 matçda nail olaraq Lionel Messinin rekordunu geridə qoyub. Argentinalı ulduz 60 qola çatmaq üçün 80 oyuna ehtiyac duymuşdu.

Holand, həmçinin Çempionlar Liqasında 60 qol vuran ən gənc futbolçu rekordunu da Messidən alıb. Norveçli hücumçu bu göstəriciyə 26 yaş 85 günlük olarkən nail olaraq argentinalı futbolçunu cəmi bir gün qabaqlayıb.

Lakin Holand şəxsi rekordlar müəyyənləşdirsə də, "Mançester Siti"nin məğlubiyyətinin qarşısını ala bilməyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.