Cəmiyyət

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)

15 Oktyabr 2026 23:29
Baxış: 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin "Qodo intizarında" pyesi əsasında hazırlanan "Qodo həsrətində" adlı tamaşanın premyerası keçirilib.

Böyük maraqla qarşılanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Şövqi Hüseynov, səhnə tərtibatçısı Zaur Abasov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskov, rejissor assistenti Nəsibə Canəliyevadır.

Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə, Nurlan Süleymanlı, Lalə Qarayeva iştirak edirlər. Vladimir və Estraqon varlığı qeyri-məchul olan Qodonu gözləyirlər. Ancaq Qodonun gəlişi uzandıqca uzanır. Onlar tənha və çarəsizdirlər. Bu acınacaqlı həyatın uzun müddət davam etmə ehtimalı, qorxu və ümidsizlik onları dəfələrlə təhlükəli addımlar atmağa sövq edir. Qodonu gözləmək Tanrıya inamın bir formasıdır, həyatın xaosunda bir növ sığınacaq tapmaq cəhdidir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.