Ölkə

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi

16 Oktyabr 2026 00:29
Baxış: 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nazirlər Kabineti "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Arxeoloji abidələr" bölməsininin "Quba rayonu" hissəsinin 1381-ci bəndinin "Yerləşdiyi ünvan" sütununda "Alekseyevka" sözü "Çinarlı" sözü ilə əvəz edilib.

Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının Siyahısı"nın "Quba rayonu" bölməsində "Alekseyevka" sözü "Çinarlı" sözü ilə, "Vladimirovka" sözü "Elbir" sözü ilə əvəz edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.