Ölkə

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” -

15 Oktyabr 2026 22:29
Baxış: 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbər verdiyimiz kimi, ötən il ürək transplantasiyası edilən Tovuz sakini 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib.

Milli.Az xəbər verir ki, onun anası Fəridə Hüseynova hadisə barədə danışıb.

"Yolda su içmək istəyib. Deyəsən təzyiqi qalxıb. Yıxılıb başı betona dəyib. Rəşadın ürəyində heç bir problem olmayıb. Şəkəri, təzyiqi var idi. Əcəl onu başqa şeydən apardı. Ürəyi gül kimi idi", - deyə o əlavə edib.

Əmisi isə bildirib ki, Bakıda əməliyyatın il dönümün qeyd edəcəkdilər:

"Təəssüflər olsun ki, yetişə bilmədi. Bizim üçün çox böyük itkidir. Arzularımız çox idi, Rəşad yarımçıq qoydu. Hərbi xidmətdə də olmuşdu. Xəstəliklə əlaqədar yarımçıq təxris olunmuşdu". (baku.tv)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.