Nikolas Maduro və xanımı məhkəmədə özlərini təqsirli bilməyiblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores cümə axşamı Nyu-York məhkəməsində işgəncə ittihamı üzrə özlərini təqsirli bilmədiklərini bəyan ediblər. Yanvar ayından ABŞ-da həbsdə saxlanılan cütlüyə qarşı yeni ittihamlar irəli sürülüb. Onlar siyasi müxaliflərə, o cümlədən elektrik cərəyanı ilə işgəncə vermək, döymək və boğulma görüntüsü yaratmaq kimi işgəncə əməllərini törətmək məqsədilə əlbir olmaqda ittiham edilirlər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, özünü "müharibə əsiri" adlandıran Nikolas Maduro irəli sürülən ittihamları "saxta iddialar" kimi qiymətləndirib. Karakasın keçmiş rəhbəri və həyat yoldaşı yanvar ayında ABŞ hərbçilərinin Venesuelada keçirdiyi genişmiqyaslı hərbi əməliyyat zamanı yaşadıqları iqamətgahda ələ keçirildikdən sonra narkotik qaçaqmalçılığı və odlu silahlarla bağlı cinayətlərdə də ABŞ-da mühakimə olunurlar.
Onların hər ikisi Bruklindəki federal həbsxanada ciddi rejim şəraitində saxlanılır. Məhbusların qəzetlərə və internetə çıxışı yoxdur, lakin onlara ailə üzvləri və vəkilləri ilə telefonla danışmağa icazə verilir. Cütlüyün məhkəmə prosesi 2027-ci il iyunun 1-də başlanmalıdır.
2013-2026-cı illərdə prezidentliyi dövründə Nikolas Maduro insan hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən hakimiyyətdə qalmaq üçün mütəmadi olaraq repressiv üsullardan istifadə etməkdə ittiham olunub. Keçmiş dövlət başçısının ələ keçirilməsindən sonra vitse-prezident Delci Rodriges müvəqqəti prezident kimi onun yerini tutub. O, Vaşinqtonun təzyiqləri altında ölkəni idarə edir. ABŞ isə neftlə zəngin ölkədə hakimiyyətin faktiki olaraq öz əlində olduğunu bəyan edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
-
Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - (Video)
-
Yasamal və Xəzər rayonlarında işıq olmayaacq
-
Elçin Sanqu 4 ildən sonra qayıdır
-
Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
-
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
-
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
-
Nikolas Maduro və xanımı məhkəmədə özlərini təqsirli bilməyiblər
-
Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
-
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
-
Günün qoroskopu: Hazırcavablığınız və cazibəniz potensial tərəfdaşı cəlb edə bilər
-
Alişanın evini də su basdı - (Foto)
-
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Elza başına quş yumurtası qoydu - (Foto)
-
"Milan"dan asan qələbə
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
KuPS - "Trabzonspor" matçında altı qol vuruldu
-
Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət alıb
-
Gəncə Dövlət Filarmoniyasında “Muğam axşamı” layihəsi çərçivəsində konsert proqramı təqdim olunub - (Foto)
-
“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” -
-
Nyu-Yorkda V Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin Qala-konserti keçirilib - (Foto)
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Münsiflər Heyəti bəlli oldu - Fikir çəkmə, telefona çək!





