Cəmiyyət

“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)

19 Oktyabr 2026 00:13
Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xarici turist onlara hesabın normal qiymətdən dəfələrlə artıq təqdim edildiyini iddia edir.

Milli.Az-ın məlumatına görə, o, qeyd edib ki "Atəşgah" restoranında yeməyin qiyməti menyuda göstəriləndən artıq tələb olunub:

"Azərbaycan dilində səlis danışan yoldaşımız turistlər üçün deyil, adi menyu istədi. Oradakı qiymətlərlə sifarişimizi verdik. Hesab gələndə isə bizə hər yeməyin qiyməti 2 dəfə baha göstərildi.

Ofisiantı çağırıb xahiş etdik ki, məbləğ əvvəlki menyudakı qiymətlərlə hesablansın. Bunun üçün düz 4 dəfə xahiş etdik. Hər dəfə gətirilən hesab əvvəlkindən 20 manat ucuz olsa da, yenə də sifariş verdiyimiz qiymətlərə uyğun gəlmirdi".

Ətraflı "Xəzər Xəbər"in videomaterialında:

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.