Şou-biznes

“Mercan Köşk” bu səbəbdən final etdi

18 Oktyabr 2026 23:35
Baxış: 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə telekanallarında yayımlanan serialların erkən final xəbərləri gəlməkdə davam edir.

Milli.Az xəbər verir ki, ATV-də yayımlanan "Mercan Köşk" serialı gözlənilən reytinq nəticələrini əldə edə bilmədiyi üçün ekranlarla vidalaşdı.

Baş rollarını Kubilay Aka və Hafsanur Sancaktutanın paylaşdığı ekran işi ötən gün yayımlanan 7-ci bölümü ilə final edib.

Serialın bitməsi tamaşaçıların narazılığına səbəb olub. Sosial şəbəkələrdə izləyicilər "Final olmasın", "Bu serial bitməməlidir" kimi şərhlər yazıblar.

Qeyd edək ki, final bölümündə Cemre atasının qatili ilə üzləşib, Toprakla  münasibətlərində ciddi qarşıdurma yaşayıb və həyatının ən vacib qərarını verib. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.