Türkiyə telekanallarında yayımlanan serialların erkən final xəbərləri gəlməkdə davam edir.
Milli.Az xəbər verir ki, ATV-də yayımlanan "Mercan Köşk" serialı gözlənilən reytinq nəticələrini əldə edə bilmədiyi üçün ekranlarla vidalaşdı.
Baş rollarını Kubilay Aka və Hafsanur Sancaktutanın paylaşdığı ekran işi ötən gün yayımlanan 7-ci bölümü ilə final edib.
Serialın bitməsi tamaşaçıların narazılığına səbəb olub. Sosial şəbəkələrdə izləyicilər "Final olmasın", "Bu serial bitməməlidir" kimi şərhlər yazıblar.
Qeyd edək ki, final bölümündə Cemre atasının qatili ilə üzləşib, Toprakla münasibətlərində ciddi qarşıdurma yaşayıb və həyatının ən vacib qərarını verib. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)