Siyasət

Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)

18 Oktyabr 2026 20:39
Baxış: 373

Oktyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Qırğız Respublikasına səfərə gəlib.

Bu barədə Milli.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, Bişkek şəhərinin Manas beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini Qırğızıstan Joqorku Keneşinin (parlament) sədr müavini Jıldız Taalaybek qızı, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRKPA-nın Baş katibi Ramil Həsən və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri bir sıra görüşlər keçirəcək, TÜRKPA-nın 15-ci plenar iclasında iştirak edəcəkdir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.