İdman

Messi bir oyunda iki rekord müəyyənləşdirdi

18 Oktyabr 2026 18:55
Baxış: 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Səkkizqat "Qızıl top" mükafatının sahibi, argentinalı futbol ulduzu Lionel Messi ABŞ-nin "İnter Mayami" klubunun heyətində rekordlarını yeniləməyə davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 39 yaşlı argentinalı hücumçu MLS-in müntəzəm çempionatı çərçivəsində "Atlanta Yunayted"lə qarşılaşmada dubl edib və bir məhsuldar ötürmə verib. Görüş Messinin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Atlanta Yunayted"lə matçda vurduğu ikinci qol Messinin MLS-dəki 75-ci qolu olub. O, bu göstəriciyə cəmi 80 oyunda çataraq liqa tarixində rekord müəyyənləşdirib. Əvvəlki rekord venesuelalı Yosef Martinesə məxsus idi. O, 75 qola 81 oyunda çatmışdı. Üçüncü pillədə isə Robbi Kin qərarlaşıb (111 oyun).

Bundan əlavə, Messi cari mövsümdə bombardirlər yarışında liderlik edir və artıq 15 məhsuldar ötürmə verib. O, MLS tarixində ardıcıl üç mövsümdə ən azı 15 məhsuldar ötürmə edən ilk futbolçu olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.