Siyasət

Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi

18 Oktyabr 2026 16:06
Baxış: 349

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Milli.Az xəbər verir ki, Ərdoğan bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"Dost və qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Gününü ölkəm və xalqım adından ürəkdən təbrik edirəm.

Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz azərbaycanlı qardaşlarıma salamlarımı çatdırıram", - paylaşımda qeyd olunub.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.