Hadisə

Salyanda ağır qəza - Xəsarət alanlar var

18 Oktyabr 2026 11:30
Baxış: 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü, avtomobildə olan sərnişin, Masallı rayon sakini, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.