Mədəniyyət

Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)

18 Oktyabr 2026 09:02
Baxış: 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Milli İncəsənət Muzeyində XIX əsrin zəriflik vəestetik ruhunu yaşadan "Bal - XIX əsr" adlı tədbir baş tutub. 

XIX əsrin mədəni mühitindən ilhamlanan gecə iştirakçılara dövrün rəqs ənənələrini, təmtəraqlı geyim mədəniyyətini və zərif davranış qaydalarını yaxından hiss etmək imkanı yaradıb. Tarixi dövrün ab-havasına uyğun təşkil olunan tədbir musiqi, rəqs və geyimelementləri vasitəsilə qonaqları keçmişin estetik dünyasına aparıb.

Muzeyin tarixi interyeri və sənət əsərləri ilə əhatələnən tədbirməkanı gecənin ümumi atmosferini tamamlayaraq iştirakçılarafərqli təəssüratlar bəxş edib. İncəsənət və tarixin vəhdətindəreallaşan bu görüş XIX əsrin mədəni irsinin təqdimatı baxımındanda xüsusi əhəmiyyət daşıyıb.

Belə tədbirlər muzey məkanının yalnız sənət əsərlərinin nümayişolunduğu yer deyil, həm də tarixi və mədəni dəyərlərinyaşadıldığı, müxtəlif dövrlərin estetik ənənələrinin müasirauditoriyaya çatdırıldığı canlı mədəniyyət məkanı olduğunu birdaha nümayiş etdirir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.