İdman

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

18 Oktyabr 2026 10:02
Baxış: 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın daha iki güləşçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında medal qazanıb.

Sərbəst güləşçilər Anar Cəfərli (92 kiloqram) və Xetaq Karsanov (125 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Bürünc medal uğrunda görüşlərdə Cəfərli italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (10:0), Karsanov isə rusiyalı Andrey Bestayevə 8:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bununla da Azərbaycan güləşçilərinin mundialda qazandıqları ümumi medal sayı 5-ə çatıb. Daha əvvəl yunan-Roma güləşçiləri Elmir Əliyev (60 kiloqram) gümüş, Ruslan Nurullayev (77 kiloqram) bürünc, qadın güləşçi Günay Qurbanova (59 kiloqram) isə gümüş mükafat qazanıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.