Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.
Milli.Az report-a istinadən xəbər verir ki, Fransa lideri bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.
"Respublikamızda zorakılığa yer yoxdur. Talanlarda iştirak edən, prefekturalara və mağazalara hücum edən, o cümlədən meriya binalarında oğurluqla məşğul olan şəxslər məsuliyyətə cəlb ediləcək və cəzalandırılacaqlar", - Makron qeyd edib.
Prezident vurğulayıb ki, radikal düşüncəli aksiya iştirakçılarının hərəkətləri dinc nümayişçilərin öz tələblərini ifadə etməsinə mane olur. O, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına dəstəyini ifadə edərək, onları vətəndaşların nümayiş keçirmək hüququnun təminatçıları adlandırıb.
Fransanın daxili işlər naziri Loran Nünez isə iğtişaşlar zamanı ölkə üzrə azı 400 nəfərin saxlanıldığını bildirib. "Hazırda söhbət 400 saxlanılandan gedir. Lakin bu, yalnız ilkin məlumatdır", - nazir deyib.
Onun sözlərinə görə, saxlanılanların əksəriyyəti yetkinlik yaşına çatmış şəxslərdir. Nünez hüquq-mühafizə orqanlarının iğtişaşlarda iştirak edən, lakin hadisə yerindən qaçmağa müvəffəq olan şəxslərin kimliyini müəyyənləşdirmək və onları tapmaq istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
Ən ciddi toqquşmalardan biri Lill şəhərində baş verib. "RTL" radiostansiyasının məlumatına görə, etirazçılardan ibarət qrup meriya binasının şüşə qapılarını sındıraraq içəri daxil olub. Aksiya iştirakçılarından bəziləri binanın daxilində dağıntılar törədib, daha sonra isə hadisə yerindən qaçıblar. Bir neçə dəqiqə sonra əraziyə polisin xüsusi təyinatlı bölmələri gəlib. Lillin mərkəzində də polis və bir neçə yüz nümayişçi arasında şiddətli toqquşmalar yaşanıb.
Yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində keçirilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir
-
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub - (Video)
-
"Neftçi" azarkeşləri məşəl yandırdı - (Video)
-
“Atam və anamdan çox o, mənə dəstək oldu“ İradə İbrahimova
-
"Mançester Siti" qələbə qazandı





