“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəhrəmanların xatirəsini yaşadan musiqilər, Vətənə və sülhəhəsr olunmuş mahnılar, dünya opera klassikasının şah əsərlərivə sevilən Azərbaycan melodiyaları Beynəlxalq Muğam Mərkəzinin səhnəsində bir araya gəlib. Azərbaycanın Xalqartisti Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalıçərçivəsində keçirilən "Qəlbimizdə yaşayanlar" adlı konsertsənətin xüsusi emosional dərinlik qazandığı, gənc ifaçılarınsəslərinin xatirə, ümid və Vətən sevgisi ilə səsləşdiy iunudulmaz bir axşam olub.
Konsert Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın 50 illikyubileyinə və 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunmuşfestivalın tədbirlərindən biri olub.
Tədbirdə çıxış edən Qara Qarayev adına Mərkəzi İncəsənətMəktəbinin direktoru, Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının professoru Könül Hüseynova və Əməkdarartist Dilarə Əliyeva festivalın mühüm mədəni-maarifləndiricilayihə kimi əhəmiyyətini vurğulayıblar.
Festival yalnız konsert proqramları silsiləsi deyil, həm dəmusiqi sənətinin inkişafına və geniş auditoriyanın klassikmusiqiyə marağının artırılmasına xidmət edən genişmiqyaslımədəni platforma kimi nəzərdə tutulub.
Proqram çərçivəsindəopera və kamera musiqisi gecələri, simfonik konsertlər, ustad dərsləri, ədəbi-bədii görüşlər və maarifləndirici tədbirlərkeçirilir. Layihələrin bir qismi ölkənin aparıcı ali təhsilmüəssisələrində təşkil olunaraq gənc nəslin akademik musiqiirsi ilə daha yaxından tanış olmasına imkan yaradır.
Festivalın proqramında xüsusi yer tutan "Gənc səslər gələcəyəsəslənir" layihəsi gənc vokalçıların dəstəklənməsinə və yeni istedadların üzə çıxarılmasına yönəlib. Layihə iştirakçılarıtanınmış sənətkarlarla eyni səhnəni bölüşmək, solo konsertlərdə çıxış etmək və ifaçılıq bacarıqlarını peşəkarauditoriyaya təqdim etmək imkanı qazanırlar.
Konsertin ən təsirli məqamlarından biri şəhid övladlarındanibarət "Qəhrəman övladları" xorunun çıxışı olub. Gəncifaçıların təqdimatında doğma torpaq, qəhrəmanlıq vəAzərbaycana sevgi mövzusunda mahnılar xüsusi məna kəsbedərək tamaşaçılara səmimi musiqi müraciətinə çevrilib.
Kollektivin ifa etdiyi bir sıra mahnıların musiqi və sözlərininmüəllifi şəhid, polkovnik-leytenant Rəşad Atakişiyevin həyatyoldaşı, professor Könül Hüseynovadır. Xor daha əvvəl dəXalq artisti Fidan Hacıyeva ilə birlikdə çıxış edərəkAzərbaycana və onun qəhrəmanlarına həsr olunmuş əsərləritəqdim edib.
Fidan Hacıyevanın yaratdığı "Mezzo" uşaq xoru və "Mezzo" qadın kamera orkestri də gecəyə xüsusi ovqat bəxş edib. Onların iştirakı konsertin əsas ideyasını - nəsillər arasındavarisliyi, mədəni irsə ehtiramı və insanları birləşdirənmusiqinin gücünü bir daha ön plana çıxarıb. Gecənin aparıcısıBanu Əlibəyli olub.
Gənc vokalçıların iştirakı ilə təqdim olunan zəngin proqramAzərbaycan və dünya klassiklərinin əsərlərini əhatə edib. Səhnədə müxtəlif musiqi dövrləri və üslubları - məşhuropera ariyalarından tutmuş dinləyicilərin yaddaşında xüsusiyer tutan milli mahnılaradək bir-birini tamamlayıb.
Proqramda Jorj Bizenin, Üzeyir Hacıbəylinin, CakomoPuççininin, Sergey Raxmaninovun, Cioakkino Rossininin, Georq Fridrix Hendelin, Volfqanq Amadey Motsartın, Tofiq Quliyevin, Fikrət Əmirovun, Vasif Adıgözəlovun, Culio Kaççinin, Vinçentso Di Kiaranın və digər bəstəkarlarınəsərləri səsləndirilib.
Klassik vokal əsərləri Azərbaycanı tərənnüm edənmelodiyalarla ahəngdar şəkildə təqdim olunub. Sülh, ümid vəgələcək mövzuları proqramın əsas məzmun xətlərindən birinəçevrilərək gecəyə xüsusi bütövlük və emosional ifadəlilikqazandırıb.
Konsertdə Çarlz Emin Neylor, Ayşə Məmmədova, Ayan Bayramova, Ləman Babazadə, Hüseyn Əhmədov, Nuray Rəhmanova, Fidan Əliyeva, Röya Əliyeva, Günay Kubışova, Elyar Əliyev, Liliya Xəlilova, Zəhrəxanım Abdullayeva, SədaTağıyeva, Yasəmən Həsənli, Anar Xanməmmədli, MəryəmBabayeva, Elmira Rəhimova və Murad Hacıyev çıxış ediblər.
Musiqi müşayiətini konsertmeysterlər Rəfiqə Quluzadə, Rəhimə Qurbanova, Arzu Aslan, Leyla Cavadova, SəmraHəsənli və Əliheydər Aydın təmin ediblər.
Gecənin finalında Müslüm Maqomayevin məşhur"Azərbaycan" mahnısı səsləndirilib. Konsertin təntənəlisonluğu ilə yadda qalan bu ifa tamaşaçıları Vətən sevgisiətrafında birləşdirib.
"Qəlbimizdə yaşayanlar" konserti musiqinin xatirəniyaşatmaq, mənəvi dəyərləri gələcək nəsillərə ötürmək vənəsilləri birləşdirmək gücünə malik olduğunu bir dahaxatırladıb.
Musiqidə əbədiləşən səslər, Vətən sevgisi vəgələcəyə inam zaman keçdikcə öz əhəmiyyətini itirməyəndəyərlər olaraq qalır.
Festival sentyabrın 7-dən dekabrın 7-dək üç ay ərzində davamedir. Azərbaycan tarixində ilk dəfə bu miqyasda klassik sənətlayihəsi həyata keçirilir. Festival çərçivəsində ümumilikdə 30-a yaxın musiqi və digər mədəni tədbirin keçirilməsi nəzərdətutulub. Proqram Bakı və Azərbaycanın bölgələrini əhatəetməklə yanaşı, beynəlxalq miqyasda da davam edir: tədbirlərin Paris, London, Milan və Minsk şəhərlərində təşkiliplanlaşdırılır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)
-
Fuad İbrahimov BIAF haqqında: Bakı Şərq və Qərb mədəniyyətlərinin qovşağı kimi tarixi rolunu vurğulayır - (Foto)
-
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya”nın premyerası keçiriləcək
-
Limada Azərbaycan milli irsini təcəssüm etdirən Qarabağ xalçasının təntənəli açılış mərasimi keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi





