Limada Azərbaycan milli irsini təcəssüm etdirən Qarabağ xalçasının təntənəli açılış mərasimi keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası ilə Peru Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Peru Respublikasındakı Səfirliyi tərəfindən Lima şəhər meriyasının tabeliyində fəaliyyət göstərən Lima Metropoliten Muzeyinə təqdim edilmiş Qarabağ xalçasının təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı, eyni zamanda Peruda akkreditə olunmuş səfiri Seymur Fətəliyev Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin 25 iyun 1996-cı ildə qurulduğunu və ötən 30 il ərzində ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, iki ölkə arasında siyasi dialoqun, parlamentlərarası əməkdaşlığın, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və təhsil sahəsində əlaqələrin əhəmiyyətini qeyd edib. Səfir, xüsusilə, mədəniyyət sahəsində əməkdaşlığın xalqlarımızın zəngin irsinin qarşılıqlı tanıdılmasına, milli-mədəni dəyərlərimizin təbliğinə və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Səfir Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Lima Metropoliten Muzeyinə hədiyyə edilmiş, Qarabağ xalçaçılıq məktəbinə aid "Xətai-Əjdahalı" xalçasının Azərbaycan xalqının zəngin mədəni irsini və qədim xalçaçılıq ənənələrini təcəssüm etdirdiyini vurğulayıb.
Lima şəhər meriyasının rəhbəri Fabiola Mariya Morales Kastilyo çıxışında xalçanın hədiyyə edilməsinə görə təşəkkürünü bildirib. O, Qarabağ xalçasının Lima Metropoliten Muzeyinin Minillik Mədəniyyətlər Zalında daimi nümayiş etdirilməsinin Peru ictimaiyyətinin Azərbaycan mədəni irsi ilə daha yaxından tanış olmasına, eləcə də iki ölkə arasında dostluq, qarşılıqlı hörmət və mədəni əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcəyini qeyd edib.
Tədbir çərçivəsində "Toxuculuq mədəniyyətləri: Azərbaycan tarixində Qarabağ xalçaları" adlı konfrans da keçirilib. Konfransda xalçaçılıq üzrə ekspert David Levi Fleşman Azərbaycan xalça sənətinin milli mədəniyyətimizdəki özünəməxsus yerindən bəhs edib. O, xalça sənətinin yalnız dekorativ sənət nümunəsi deyil, həm də yaddaşın, kimliyin və yaradıcılığın ifadəsi olduğunu, nəsildən-nəslə ötürülən bilik və texnikaları özündə birləşdirdiyini vurğulayıb. Qeyd edilib ki, 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.
Konfransda "Xətai-Əjdahalı" xalçasının bədii xüsusiyyətləri, Qarabağ xalçaçılıq ənənəsinə xas zəngin kompozisiyası və "Əjdahalı" motivinin simvolik əhəmiyyəti barədə məlumat verilib. Həmçinin xalçanın nəbati ornamentlərlə həndəsi formaların vəhdətini əks etdirən nadir sənət nümunəsi olduğu diqqətə çatdırılıb.
Konfransdan sonra Qarabağ xalçasının açılışı və sertifikatının təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə səfir Seymur Fətəliyev və Lima şəhər meriyasının rəhbəri Fabiola Mariya Morales Kastilyo iştirak ediblər.
Eyni zamanda, Lima şəhər meriyasına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və xalçaçılıq sənətindən bəhs edən "Azərbaycan xalçaları" adlı nəşr hədiyyə olunub.
Rəsmi hissədən sonra qonaqlara Azərbaycanın turizm potensialını əks etdirən videoçarxlar nümayiş etdirilib, Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib və milli mətbəximizin nümunələri təqdim olunub.
Tədbirdə Perunun yüksək səviyyəli rəsmiləri, Peru Xarici İşlər Nazirliyinin və Mədəniyyət Nazirliyinin nümayəndələri, Lima şəhərinin nüfuzlu rayonlarının bələdiyyə rəhbərləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və nümayəndələri, ictimai-siyasi və mədəni dairələrin təmsilçiləri, Azərbaycanda ali təhsil almış Peru vətəndaşları, elmi-akademik dairələrin və yerli medianın nümayəndələri, eləcə də Peruda yaşayan həmvətənlərimiz iştirak ediblər.
Lima Metropoliten Muzeyində daimi nümayiş etdiriləcək Qarabağ xalçası ziyarətçilərə Azərbaycan xalçaçılıq sənətinin zənginliyi ilə yaxından tanış olmaq imkanı yaradacaq, eyni zamanda Azərbaycan ilə Peru arasında dostluq və mədəni əməkdaşlığın rəmzi olacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Limada Azərbaycan milli irsini təcəssüm etdirən Qarabağ xalçasının təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Xalq şairi Süleyman Rüstəmin 120 illik yubileyinə həsr olunmuş “Sözün nəğməyə çevrildiyi an” adlı ədəbi-bədii musiqi gecəsi keçirilib - (Foto)
-
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada TÜRKSOY vəTürkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək qiymətləndirilib - (Foto)
-
Milli İncəsənət Muzeyində “Cənnətin İqamətgahı” filmi nümayiş olunub - (Foto)
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub - (Foto)
XƏBƏR LENTİ
-
Arda Güler daha 5 il "Real"da
-
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
-
Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - (Video)
-
Atasının sözləri Güneli ağlatdı - (Video)
-
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
-
Limada Azərbaycan milli irsini təcəssüm etdirən Qarabağ xalçasının təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Könül və Namiq 23 il sonra yenidən duet oxuyacaqlar - (Video)
-
“Sizin əlinizdən qaçmaq üçün xaricə getmək istəyirəm” - Samir Abasov - (Video)
-
Afaqın ailəsində toy - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı videoçarx yayımlanıb - (Video)
-
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırıb
-
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
-
İtkin düşən, sonra Ermənistanda həbs edilən hərbçimizlə bağlı BQXK-dan bəyanat
-
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik edib
-
"Kızılcık şerbeti"ndə dəyişiklik - (Foto)
-
Əhmədli metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə verilir
-
Sabah Binəqədi şossesinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
-
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
-
"Anam kimi mən də 40 yaşında ana oldum" - Zülfiyyə Xanbabayeva
-
Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Yenilənib
-
Xalq şairi Süleyman Rüstəmin 120 illik yubileyinə həsr olunmuş “Sözün nəğməyə çevrildiyi an” adlı ədəbi-bədii musiqi gecəsi keçirilib - (Foto)
-
Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldonu davranışını tənqid etdi
-
Əvvəl çevriliş planı, sonra neft payı, indi isə nankorluq ittihamı: Ankaraya tarixi xatırladaq





