Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinə məruzəsində Donetsk və Zaporojye vilayətlərində bir sıra mühüm məntəqələrin nəzarətə götürüldüyünü açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Putin Birgə Qoşunlar Qruplaşmasının köməkçi idarəetmə məntəqəsində keçirdiyi müşavirədə bəyan edilib.
Məlumata görə, "Cənub" qoşun qruplaşması Donetsk vilayətində yerləşən Alekseyevo-Drujkovka şəhərini, "Mərkəz" qruplaşması isə Ukrayna ordusunun Dnepropetrovsk istiqamətindəki əsas müdafiə qovşaqlarından biri olan Dobropolye şəhərini nəzarətə götürüb. Gerasimov hazırda Dobropolyedə gizlənən ukraynalı hərbçilərin təmizlənməsi əməliyyatının aparıldığını bildirib.
Bundan əlavə, Rusiya qoşunları Zaporojye vilayətində Novopavlovka və Novoandreyevka kəndlərini ələ keçirib, Belozerskoye şəhərinə daxil olaraq küçə döyüşləri aparır, həmçinin Orexov şəhəri istiqamətində hücumları davam etdirir. Gerasimov əlavə edib ki, Zaporojye, Sumı və Xarkov istiqamətlərində də irəliləyişlər ardıcıl şəkildə davam edir.
Öz növbəsində Vladimir Putin bildirib ki, ilin əvvəlindən bəri Rusiya hərbçiləri 6,5 min kvadratkilometr ərazini və 310 yaşayış məntəqəsini nəzarətə götürüblər. O, sentyabr ayı ərzində götürülən ərazinin əvvəlki ayla müqayisədə 2,5 dəfə çox olduğunu diqqətə çatdırıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
-
Rusiyada güclü zəlzələ oldu
-
Azərbaycan vətəndaşları Rusiyadan deportasiya edildilər
-
Moskvaya ilin ən böyük dron hücumlarından biri oldu
-
Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib - (Foto)
-
Rusiya ordusu bu ərazilərdən geri çəkilir
XƏBƏR LENTİ
-
Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - (Video)
-
Arda Güler daha 5 il "Real"da
-
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
-
Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - (Video)
-
Atasının sözləri Güneli ağlatdı - (Video)
-
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
-
Limada Azərbaycan milli irsini təcəssüm etdirən Qarabağ xalçasının təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Könül və Namiq 23 il sonra yenidən duet oxuyacaqlar - (Video)
-
“Sizin əlinizdən qaçmaq üçün xaricə getmək istəyirəm” - Samir Abasov - (Video)
-
Afaqın ailəsində toy - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı videoçarx yayımlanıb - (Video)
-
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırıb
-
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
-
İtkin düşən, sonra Ermənistanda həbs edilən hərbçimizlə bağlı BQXK-dan bəyanat
-
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik edib
-
"Kızılcık şerbeti"ndə dəyişiklik - (Foto)
-
Əhmədli metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə verilir
-
Sabah Binəqədi şossesinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
-
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
-
"Anam kimi mən də 40 yaşında ana oldum" - Zülfiyyə Xanbabayeva
-
Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Yenilənib
-
Xalq şairi Süleyman Rüstəmin 120 illik yubileyinə həsr olunmuş “Sözün nəğməyə çevrildiyi an” adlı ədəbi-bədii musiqi gecəsi keçirilib - (Foto)





